Menu

Rusiya Ukraynadan qaz üçün pulu öncədən ödəməyi tələb edir

09.05.2014, 11:07
Rusiya Ukraynadan qaz üçün pulu öncədən ödəməyi tələb edir

Rusiya Ukraynaya göstəriş verib ki, gələcək qaz təchizatı üçün ödənişləri qabaqcadan etsin. Çünki Ukraynanın bir neçə milyard dollarlıq borcu yığılıb.

Enerji naziri Aleksandr Novak mayın 8-də yaydığı bəyanatda bildirib ki, iyunun 1-dən Rusiya Ukraynaya qaz verilməsi üçün öncədən ödəniş rejimi tətbiq edir. Səbəb kimi Ukraynanın mayın 7-dək 3.5 milyard dollarlıq qaz borcunu ödəməməsidir.

Ukrayna borcunu ödəyəcəyini vəd edir, ancaq Kiyev Gazprom-un qoyduğu yeni qiymətə etiraz edir. Martda, keçmiş prezident Viktor Yanukovych devriləndən sonra, Gazprom Ukrayna üçün min kubmetr qazın qiymətini 285 dollardan 485 dollara qaldırıb.

Ukraynanın enerji naziri Yuri Prodan mayın 8-də deyib ki, Kiyev qaz üçün ədalətli bazar qiymətini ödəməyə hazırdır. Ancaq Prodan-ın sözlərinə görə, Kiyev Qazpromun yeni qoyduğu qiyməti ödəyə bilməyəcək. O, həmin qiyməti «ədalətsiz» və «ayrı-seçkiliyə əsaslanan» adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol