"2008-ci ilin iqtisadi böhranından daha pis böhran gəlir". ANS PRESS-in məlumatına görə, bu proqnozu məhşur sərmayələr üzrə ekspert olan Mark Faber verib. Onun əsas arqumenti isə ABŞ-da böyüyən borc və kredit həcmidir.
Onun sözlərinə görə, ABŞ-da kreditlərin həcmi 2007-ci ilə müqayisədə 30 faiz böyüyüb. Amma isqtisadi artım bu sürətə çata bilməyib. Buna görə də 2008-ci ildəkindən daha pis böhran yaxınlaşır.
Faber eyni zamanda Ukraynadakı böhran ilə bağlı olaraq yüksələn geosiyasi riskin maliyyə bazarı üçün neqativ nəticələrə səbəb olacağını açıqlayıb.


Şərhlər