Menu

Qazaxıstanda “Su-27” qırıcısı qəzaya uğrayıb

21.12.2016, 19:25
Qazaxıstanda “Su-27” qırıcısı qəzaya uğrayıb

Qazaxıstanda gecə şəraitində təlim uçuşu zamanı “Su-27” qırıcısı qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Pilot təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırıb və zamanında təyyarədən atıla bilib. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol