Menu

BMT Suriyada hərbi cinayətlərin araşdırılmasına dair qrup yaradıb

22.12.2016, 09:08
BMT Suriyada hərbi cinayətlərin araşdırılmasına dair qrup yaradıb

BMT Baş Assambleyası Suriyada törədilmiş hərbi cinayətlərin araşdırılmasına dair müstəqil qrupun yaradılmasını qərara alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq qətnamə BMT Baş Assambleyasının iclasında qəbul edilib.

Sənədin lehinə 105, Rusiya daxil olmaqla əleyhinə 15 ölkə səs verib. Daha 52 dövlət bitərəf qalıb.

Qətnamə layihəsinin müəllifi qismində 30 ölkə çıxış edib. Onların arasında bir sıra Avropa İttifaqına üzv ölkələr, eləcə də Kanada, Türkiyə və Ukrayna.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol