Menu

"Bakının əhalisi 2035-ci ildə 4 mln. nəfərə çatacaq" - İnstitut direktoru

22.12.2016, 12:42
"Bakının əhalisi 2035-ci ildə 4 mln. nəfərə çatacaq" - İnstitut direktoru

"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 12 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır".

"APA-Economics" xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, plana əsasən Bakının əhalisinin sayının 2035-ci ilə qədər 4 mln. nəfərə çatacağı gözlənilir.

"Planda həmin əhalinin Ələtdən tutmuş Pirallahıya qədər yerləşməsi, məşğulluğu, gələcək inkişafla bağlı bütün perspektivlərinin təmin olunmasını əhatə etməyə çalışmışıq", - deyə direktor əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol