Menu

Suriyanın şimalında həlak olan türk hərbçilərin sayı artıb

22.12.2016, 18:34
Suriyanın şimalında həlak olan türk hərbçilərin sayı artıb

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün davam edən döyüşlərdə Türkiyə Silahlı Qüvvələrinin 16 hərbçisi həlak olub, 31 nəfər yaralanıb.

Trend "Hürriyyət" qəzetinə istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Fikri İşıq məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat başlayandan bəri mindən çox İŞİD silahlısı zərərsizləşdirilib.

Təkcə ötən gün türk ordusunun keçirdiyi əməliyyat nəticəsində 138 silahlı məhv edilib.

“Fərat qalxanı” əməliyyatı başladıqdan bəri həlak olan türk hərbçilərin sayı 30-u keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol