ABŞ Suriya rejiminə dəstək verdiyi üçün Rusiya bankına və bəzi suriyalı səlahiyyətli nümayəndələrə sanksiya tətbiq edib. "Axar.az" xəbər verir ki, ABŞ bu addımla həm Rusiyanı, həm də Suriyaya daha bir zərbə vurmuş olub.
ABŞ Maliyyə Nazirliyi "Tempbank"ı və bankın idarəçilərindən olan Mixail Qaqloyevi, Suriya Mərkəzi Bankı və dövlət neft şirkəti "SYTROL" da daxil olmaqla, bu ölkə hökumətinə maddi dəstək verənləri sanksiyalar siyahısına əlavə edib.
ABŞ həmçinin Suriya hökumətinin 6 ali nümayəndəsinə və Humus və Banyas şirkətlərinə sanksiya tətbiq edib. Sanksiyalara məruz qalan şəxslər bunlardır: Bəşər Əsədin məsləhətçisi Bessam Əl-Həsən, Cəmiyyət işləri naziri Hüseyn Arnus, Kənd təsərrüfatı naziri Əhməd Əl-Qədri, Maliyyə naziri İsmayıl İsmayıl, İctimai işlər naziri və BMT-nin sabiq Suriya nümayəndəsi Kinda Əl-Şammat və Əmək naziri Həsən Hicaz. ABŞ hökuməti qeyd edib ki, Bəşər Əsəd hökumətini hədəf almaqda davam edəcəyik. Xatırladaq ki, ABŞ bu günə qədər 200 suriyalı səlahiyyətli nümayəndələrə sanksiyalar tətbiq edib.
2431 DƏFƏ OXUNUB


Şərhlər