Menu

Suriyanın Hələb şəhəri tamamilə azad edilib

22.12.2016, 22:58
Suriyanın Hələb şəhəri tamamilə azad edilib

Ordu komandanlığı bunu terrorçuluğa qarşı müharibədə mühüm dönüş nöqtəsi adlandırıb

Suriyanın Hələb şəhəri terrorçulardan azad edilib və ölkə ordusunun tam nəzarəti altındadır.

"Report" xəbər verir ki, bu bəyanatla Suriya Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığı çıxış edib.

Çıxış mətnini "Əl Əxbariyə" telekanalı efirə verib.

"Hələbdə qələbə terrorçuluğa qarşı müharibədə mühüm bir dönüş nöqtəsidir", - deyə bəyanatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol