Menu

Səfiri öldürən ABŞ agenti çıxır - İddia

23.12.2016, 12:42
Səfiri öldürən ABŞ agenti çıxır - İddia

Ankarada Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mərt Altıntaş barədə yeni iddialar ortaya çıxıb.

Ölkə.Az xəbər verir ki, Rusiyadan qətli araşdırmaq üçün gələn xüsusi heyyət Altıntaşın telefonundan bir sıra məlumatlar əldə edə bilib.

Xəbərə görə, Altıntaşın telefonunda 4 rəqəmli şifrə sındırıldıqdan sonra onun 15 iyulda dövlət çevrilişinə cəhd zamanı hərəkət planı aşkar olunib.

Mərt Altıntaş 15 iyul günü hazırda "FETÖ işi" ilə əlaqədar həbsdə olan Diyarbəkir polis idarəsinin rəisi Qəhrəman Sezərdən icazə alaraq İraqın Ərbil şəhərinə gedib.

Onun telefonundan ən son siqnal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Ərbildəki ofisinin yanında qeydə alınıb.

Daha sonra telefon söndürülür və 7 saat sonra Ankarada siqnal qeydə alınır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol