Menu

Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb - VİDEO

23.12.2016, 22:02
Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb - VİDEO

Futbolçu onları əsl qəhrəman adlandırıb

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları əsl qəhrəman adlandırıb.

"Report" xəbər verir ki, "Qızıl top"un sahibi suriyalı uşaqları, həmçinin əmin edib ki, bütün dünya onları dəstəkləyir.

"Salam, bu, Suriyadakı uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən çox məşhur futbolçuyam, amma məhz siz əsl qəhrəmansınız. Ümidinizi itirməyin, bütün dünya sizinlədir. Biz sizə görə narahatıq. Mən sizinləyəm", - deyə futbolçu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol