Menu

İsrail BMT-ni saymadı! 

24.12.2016, 11:31
İsrail BMT-ni saymadı! 

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Təl-Əviv Fələstin torpaqlarında, o cümlədən, Şərqi Yerusəlimdə yəhudilər üçün yaşayış məskənlərinin tikintisinin qanundankənar hesab edilməsi barədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) bəyannaməsini yerinə yetirməkdən imtina edib. Xəbəri «Independent» nəşri yayıb.

«İsrail rüsvayçı anti-İsrail bəyannaməsini qəbul etmir və onun şərtlərinə əməl etməyəcək» - deyə, Baş nazir Binyamin Netenyahunun ofisindən verilən xəbərdə qeyd olunur.

Ofisdən o da bəyan edilir ki, İsrail BMT TŞ tərəfindən qəbul olunmuş bəyannamənin şərtlərinə yenidən baxılması məqsədilə ABŞ-n yeni seçilmiş Prezidenti Donald Trampla əməkdaşlığa ümid edir.

Bildirək ki, Təl-Əvivin rəsmi xahişinə baxmayaraq, ABŞ-n fəaliyyətdə olan administrasiyası səsvermə zamanı bitərəf qalıb və özünün veto hüququndan istifadə etməyib.

Nəticədə, BMT TŞ Misir tərəfindən təklif olunmuş bəyannaməni qəbul edib. Bəyannamə Fələstin ərazilərində yəhudi məskənlərinin tikintisini dərhal və tamamilə dayandırmağı İsraildən tələb edir.

Donald Tramp isə bu məsələdə ABŞ-n mövqeyini tənqid atəşinə tutub və özünün inauqurasiya mərasimindən sonra (yanvarın 20-i) BMT-yə böyük dəyişikliklər vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol