Menu

ABŞ Rusiya ilə hərbi əməkdaşlığı məhdudlaşdırır

24.12.2016, 11:57
ABŞ Rusiya ilə hərbi əməkdaşlığı məhdudlaşdırır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiya ilə hərbi əməkdaşlığı məhdudlaşdırmaq qərarına gəlib. Prezident Barak Obama cümə günü ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığının məhdudlaşdırılmasını nəzərdə tutan müdafiə ehtiyaclarının maliyyələşdirilməsi barədə qanun imzalayıb.

«2017-ci ildə ABŞ Müdafiə Nazirliyinə ayrılmış heç bir vəsait ABŞ və Rusiya hökumətlərinin ikitərəfli hərbi əməkdaşlığına yönəldilə bilməz - o vaxta qədər ki, müdafiə naziri dövlət katibi ilə əməkdaşlıq şəraitində Konqresin uyğun komitəsini Rusiya tərəfindən Ukraynanın və digər NATO üzvlərinin suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv hərəkətlərə və Ukrayna ərazilərinin işğalına son qoylması barədə məlumatlandırmayıb» - deyə, sənəddə qeyd olunur.

Bundan başqa sənəddə göstərilir ki, Rusiya Federasiyası Ukrayna üzrə Minsk razılaşmasını yerinə yetirməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol