Menu

Dağıstanda iki yaraqlı məhv edildi

24.12.2016, 12:10
Dağıstanda iki yaraqlı məhv edildi

Dağıstanın təhlükəsizlik qüvvələri Şamil rayonunun Teletl kəndində iki yaraqlını məhv edib.

“Report”un RİA Novosti saytına istinadən verdiyi xəbər görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından mənbə bildirib.

"Əməliyyat-axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Şamil rayonunun Teletl kəndi yaxınlığında iki yaraqlını aşkar edib, lakin yaraqlılar silahı buraxıb təslim olmaqdan imtina edib. Əməliyyat zamanı onlar məhv edilib", - mənbədən bildirilib.

Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumatlara görə, onlar yerli cinayətkar dəstənin üzvləri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol