Menu

“Yuventus”dan “Real”ın futbolçusuna 90 milyonluq təklif

24.12.2016, 20:29
“Yuventus”dan “Real”ın futbolçusuna 90 milyonluq təklif

Madrid “Real”ının və Almaniya yığmasının futbolçusu Toni Kroos karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.

Turin klubu Kroosu nəyin bahasına olursa-olsun, heyətinə qatmaq arzusundadı. Onlar bu keçidin baş tutması üçün 90 milyon avro xərcləməyə hazırdılar.

“Qoca sinyora”nın tezliklə qarşı tərəfə rəsmi təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildən “Real”ın formasını geyinən Kroos “Qalaktikos”un heyətində ümumilikdə 119 oyunda 4 qola imza atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol