AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) yola salınmaq üzrə olan Baş katibi böyük məbləğdə (200 min dollar) rüşvət almaqda şühəli bilinib. Bu vəsaiti Pan Gi Muna «Taekwang Pak En Ça» şirkətinin başçısı 2005 və 2007-ci illərdə verib.
«SBS News» portalı xəbər verir ki, Baş katibin özü bu ittihamı qətiyyətlə rədd edir.
«Sisa Journal» adlı Koreya nəşrinin jurnalistləri yazırlar ki, Pan Gi Mun 2005-ci ilin yazında Vyetnamın xarici işlər nazirinin Koreyaya səfəri şərəfinə təşkil olunmuş nahar zamanı 200 min dollar rüşvət alıb.
O zamanlar Koreya Respublikasının xarici işlər və xarici ticarət naziri işləyən Pan Gi Mun Vyetnam nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibində nüfuzlu biznesmen - «Taekwang Pak En Ça» şirkətinin başçısı da olub. Guya bu kommersant həmin 200 min dolları Pan Gi Muna vermək məqsədilə nazirin iqamətgahına bir saat əvvəldən gəlib.
KİV-lər təsdiqləyirlər ki, Pak En Çanın katibinin qeyd dəftərçəsində Baş katib Pan Gi Munun adı müxtəlif məbləğlər göstərilməklə, 2 dəfə qeyd olunub. Əgər bu məbləğlər toplanarsa, Baş katibin guya aldığı rüşvətin həcmi hiss olunacaq qədər arta bilər.
Jurnalistlər iddia edirlər ki, elə həmin biznesmen daha 30 min dolları Pan Gi Muna 2007-ci ildə Nyu-Yorkda, sonuncu artıq BMT Baş katibi olarkən verib.
Pan Gi Mun bu ittihamı rədd edir və ümumiyyətlə, sözügedən biznesmentlə tanış olmadığını bildirir: «Nə həmin tədbirə qədər, nə də ondan sonra mən onunla tanış olmamışam».
Pak En Ça da deyilənləri rədd edir.

Şərhlər