Menu

ABŞ Rusiya və Çinə qarşı mühüm qurum yaradır

24.12.2016, 21:41
ABŞ Rusiya və Çinə qarşı mühüm qurum yaradır

ABŞ prezidenti Barak Obama xarici təbliğatla mübarizə mərkəzinin yaradılması haqqında qanunu təsdiq edib.Axar.az xəbər verir ki, yeni yaradılan mərkəz Müdafiə Nazirliyinin tərkibinə veriləcək. Onun maliyyələşdirilməsi üçün gələn ilin büdcəsindən vəsait də ayrılıb.

Mərkəz ABŞ-ın milli maraqlarına zərər vuran xarici təbliğat və yalan informasiyaların aşkarlanması ilə məşğul olacaq. Bu qurum həmçinin dezinformasiya ilə mübarizə strategiyasını da hazırlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol