Menu

Polşa qanadlı raketlərin tədarükünə dair ABŞ-la razılığa gəlib

25.12.2016, 00:33
Polşa qanadlı raketlərin tədarükünə dair ABŞ-la razılığa gəlib

Polşa ASSM-ER tipli qanadlı raketlərin ölkəyə tədarükünə dair ABŞ-la saziş imzalayıb.APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, kontraktın ümumi dəyəri 235 mln. dollar təşkil edir.

Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi “hava-yer” sinfinə aid JASSM-ER qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol