Menu

İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb

26.12.2016, 13:41
İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Dağıstanda polisə hücuma görə, məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə yaraqlıların şəbəkədəki fəallığını izləyən SITE saytında məlumat verilib.

İlk hücum dekabrın 25-nə keçən gecə Mahaçqala - Kaspiysk şosesində polis patrulu xidmət başında olarkən baş verib. İki polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Dekabrın 25-də səhər saatlarında isə onların öldüyü məlum olub.

İkinci hücum da dekabrın 25-nə keçən gecə, Qızılyurdda baş verib. Naməlum şəxslər şəhərin girişində yerləşən polis postunu atəşə tutublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol