Menu

İranın rabitə naziri Azərbaycana gəlir

26.12.2016, 15:16

iran-_flag_tehran_030415Bu gün Bakıya İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edir. Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Səfər dekabrın 29-dək davam edəcək.

Səfər çərçivəsində iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes-forumu və rəsmi şəxslərlə görüşlər keçiriləcək.

İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına da səfər edəcək və burada bir sıra tədbirlərdə iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol