Menu

Meksikanın Yüngül Atletika Federasiyasının prezidenti həbs olunub

26.12.2016, 19:58
Meksikanın Yüngül Atletika Federasiyasının prezidenti həbs olunub

Antonio Losano 232 min avro mənimsəməkdə ittiham olunur

Meksika Yüngül Atletika Federasiyasının prezidenti Antonio Losano həbs olunub.

"Report"un məlumatına görə, A.Lusano 232 min avro mənimsəməkdə ittiham edilir.

Bədən Tərbiyəsi və İdman Milli Komissiyası federasiyaya maliyyə ödənişini dayandırıb. Bundan sonra federasiya prezidenti yerli idman nazirliyinin ayırdığı vəsaitin tibbi xərclərə necə xərcləndiyini izah edə bilməyib. İndi bununla bağlı istintaq başlayıb.

Qeyd edək ki, Antonio Losano 2009-cu ildən federasiyaya rəhbərlik edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol