AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Soçi ətrafında - Qara dəniz üzərində Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak oluş sərnişinlərdən və ekipaj üzvlərindən 80 nəfərinin meyiti sudan çıxarılıb. Bu barədə operativ qərargahdakı mənbə bildirib.
Bundan başqa, ilkin məlumatlara görə, axtarış əməliyyatı iştirakçıları fyüzelajın iri fraqmentini və təyyarənin sağ mühərrikini aşkarlaya biliblər. Bu informasiya hələlik rəsmi təsdiqi tapmayıb.
Bundan əvvəl xəbər verilmişdi ki, təyyarənin qəzaya uğradığı yerdə ehtimal olunan ekipaj üzvlərindən birinin meyiti tapılıb.
Müdafiə Nazirliyi xəbər verir ki, axtarış rayonunda su səthinin 100 faizi tədqiq olunub, 7 sektorda suyun dibi tam yoxlanıb, axtarış əməliyyatları aparılan rayon isə 15 sektora bölünüb.


Şərhlər