AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Soçi yaxınlığında, Qara dəniz hövzəsində qəzaya uğramış Tu-154 təyyarəsinin fraqmentlərində partlayıcı maddə izləri aşkar olunmayb. Bundan başqa, hadisənin şahidlərinin ifadələri terror aktı versiyasını inkar edir.
Beləliklə, hazırkı vəziyyətə, terror aktı versiyası öz təsdiqini tapmır.
«Pilotun SOS siqnalı verməməsi isə onunla izah olunur ki, pilotlar stress vəziyyətində olublar - kritik vəziyyətdə onlar yalnız xilas olmaq cəhdləri göstəriblər - söhbət saniyələrdən gedib. Aydındır, onlar siqal vermək barədə düşünə də bilməyiblər» - deyə, başqa bir mənbə qeyd edib.


Şərhlər