AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsrailin müdafiə naziri Aviqdor Liberman yəhudiləri Fransadan köçməyə çağırıb. Nazir Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi üzrə Parisdə keçiriləcək sammitə hazırlıq işlərinə bu cür reaksiya vermiş olub.
Aviqdor Liberman hesab edir ki, Fələstin-İsrail münaqişəsinin inkişafına təkan vermək cəhdi səbəbilə, Fransa hakimiyyəti yəhudi xalqının düşmənləri sırasına daxil edilmiş olub. O, beynəlxalq konfransı Dreyfusun işi ilə müqayisə edib. Bu iş tarixə dövlət səviyyəsində antisemitizmin ən qalmaqqalı təzahürlərindən biri kimi daxil olub.
«Onların Parisdə etməyə hazırlaşdıqlarının təkcə bir fərqi var: O zaman müttəhimlər kürsüsündə bircə yəhudi var idi, indi isə həmin kürsüyə bütün yəhudi xalqını və İsrail dövlətini oturtmaq istəyirlər» - deyə, «Harretz» qəzeti yazır.
Müdafiə naziri fransalı yəhudilərlə bu sözlərlə müraciət edib ki, Beşinci respublika onların vətəni deyil. «Fransanı tullayın və İsrailə köçün. Sözügedən araqarışdırmaya bu, yeganə cavab olacaq» - deyə, Libermaq bəyan edib.
«Harretz»in yazdığına görə, İsrail ehtiyat edir ki, yəhudi dövlətinin mövqeyi Paris konfransında təmsil olunmaya, danışıqların özü isə İsrailin ünvanına ittihamların sıralanması ilə nəticələnə bilər.

Şərhlər