Donetsk Vilayət Dövlət Administrasiyasına 11 may “referendum”u üçün Donetskdəki təhsil müəssisələrinin ələ keçirilməsinə hazırlıqla bağlı informasiya daxil olub.
Musavat.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, 80-dən çox təhsil müəssisəsi (məktəb) terrorçuların silahlı hücumuna məruz qala bilər.
Məlumatlara görə, departament 11 mayda “referendum” keçirilməsi üçün məktəb binalarından istifadəyə icazə verməyib.


Şərhlər