Menu

 "İŞİD-i məhv etmək üçün bizə üç ay vaxt lazımdır" - Baş nazir

27.12.2016, 21:55
 "İŞİD-i məhv etmək üçün bizə üç ay vaxt lazımdır" - Baş nazir

İraq İŞİD terror qruplaşmasını üç ay ərzində darmadağın edəcək.

Bunu İraqın baş naziri Heydər əl-Abadi bildirib.

Baş nazirin sözlərinə görə, İŞİDİ tam məhv etmək üçün İraqa üç ay vaxt lazımdır.

Hazırda İraq ordusu ölkənin ikinci böyük şəhəri olan Mosulun qruplaşmadan azad edilməsi istiqamətində əməliyyatlar aparır. Bu şəhər iki ildən çoxdur ki, İŞİD yaraqlılarının nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı sayılır.

Mosulda yerüstü hərbi kampaniya isə oktyabrın 17-də başlayıb.(azvision.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol