Menu

Məşhur fransalı aktrisa vəfat edib

28.12.2016, 00:14
Məşhur fransalı aktrisa vəfat edib

Klodi Jansak yuxuda ikən dünyasını dəyişib

Fransa kinosunun məşhur komediya aktrisası, Lui de Fünes ilə (1914-1983) birgə işi ilə tanınan Klodi Jansak 89 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzetinin elektron versiyası məlumat yayıb.

Oğlu Frederik Şemenin bildirdiyinə görə, anası yuxuda ikən vəfat edib.

Jansak 100-dən çox filmə çəkilib. Aktrisa 10 ekran əsərində Lui de Fünesin yaratdığı personajların həyat yoldaşı obrazını canlandırıb. Onların arasında "Böyük tətil" (1966), "Oskar" (1967), "Jandarm evlənir" (1968), "Dondurulmuş" (1969), "Jandarm gəzintidə" (1970 ), "Xəsis" (1980), "Jandarm və ətəkli jandarmlar" (1982) filmlərini qeyd etmək olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol