AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Moskva vilayətinin Serqiyev-Posad rayonunda Daxili İşlər Nazirliyinin general-mayoru lopatka ilə öz qonağını öldürüb, onun arvadını isə ağır yaralayıb. Xəbəri «Life.ru» saytı yayıb.
Mənbə danışıb ki, ev sahibi 40 yaşlı qonşusu M.Veranı və onun 30 yaşlı əri - Özbəkistan vətəndaşı K.Dalşotanı qonaq çağırıb. Spirtli içki qəbul edəndən sonra general "lopatka"nı götürüb və qonaqların üstünə hücum çəkib.
«Spirtli içki içiləndən sonra ev sahibi "lopatka"nı əlinə götürüb və əvvəlcə Dalşotanı, sonra isə onun arvadını vurmağa başlayıb. O, birincini ölənə qədər doğrayıb, qadın isə qaçıb və kömək çağırıb» - deyə, mənbə jurnalistlərə danışıb.
Sağ qalmış qadın kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər dərhal lazımi əməliyyatlara başlayıblar.
Bədniyyətli ev sahibi polis tərəfindən saxlanıb, hadisə yerində operativ-istintaq qrupu işləyir.
Jurnalistlər general-mayorun adını da açıqlayıblar. İlkin məlumata görə o, Moskva vilayəti üzrə Daxili İşlər Baş İdarəsi rəisinin sabiq müavini Andrey Volkovdur. Amma DİN bu məlumatı inkar edir. Nazirliyin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, KİV-in adını çəkdiyi şəxs heç vaxt deyilən vəzifəni daşımayıb.


Şərhlər