ABŞ-ın seçilmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsrailə “bu cür laqeyd və hörmətsiz” yanaşmaqda davam edə bilməz. Virtualaz.org xəbər verir ki, Tramp şəxsi “Twitter” mikrobloqunda yazıb: “Biz özümüzə rəva görə bilmərik ki, İsrailə bu cür total laqeyd və hörmətsiz münasibət göstərməkdə davam edək. Əvvəllər onlar ABŞ-ın böyük dostu idilər, indi isə belə deyil”.
Seçilmiş prezident münasibətlərin bu cür soyumasının səbəbini ABŞ-ın fəal iştirakı ilə İranla nüvə proqramı barədə sazişin imzalanmasında görür. Eyni zamanda, Tramp Fələstin torpaqlarında İsrailin yeni yaşayış məntəqələri salmasını qadağan etmiş BMT TŞ-nin son qətnaməsini tənqid edib.
We cannot continue to let Israel be treated with such total disdain and disrespect. They used to have a great friend in the U.S., but.......
not anymore. The beginning of the end was the horrible Iran deal, and now this (U.N.)! Stay strong Israel, January 20th is fast approaching!



Şərhlər