Menu

Direktor müavini vəfat etdi

29.12.2016, 13:32

elbrusAzərbaycan elminə ağır itki üz verib.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Elbrus Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol