Filippinin Prezidenti Rodriqo Duterte korrupsiyaya uğramış məmurları vertolyotdan tullayacağı ilə hədələyib və qeyd edib ki, artıq əvvəllər belə bir iş görüb. Bu barədə cümə axşamı «The Philippine Star» qəzeti yazıb.
«Əgər siz korrupsiyaya uğramısınızsa, mən sizi vertolyotla havaya qaldırıb, Manilaya uçarkən aşağı tullayacam. Mən əvvəllər bunu etmişəm. Nə üçün bir daha etməyim?» - deyə, qəzet tayfundan zərər çəkmiş insanlar qarşısında Dutertenin çıxışından sitat gətirir.
Onun sözlərinə görə, ötən həftə 6 nəfər həbs olunub. Onlardan ümumi çəkisi 0,5 ton olan metamfetamin (Filippində «şabu» adı ilə məşhurdur) müsadirə olunub.
«Onların bəxti gətirib ki, o vaxt mən Manilada olmamışam. Əgər bilsəydim ki, hansısa evdə çoxlu şabu var, dəqiq, mən o adamları öldürərdim» - deyə, Prezident qeyd edib.
«Əvvəllər mən, Davaoya motosikletlə gedərdim - sadəcə, patrulluq edərdim, narkoticarətçiləri axtarardım ki, kimi isə öldürüm» - deyə, Prezident əlavə edib.
.


Şərhlər