Menu

«Gərək amerikalılar öz həyatları ilə məşğul olsunlar» - TRAMP

29.12.2016, 15:02
«Gərək amerikalılar öz həyatları ilə məşğul olsunlar» - TRAMP

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amierika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Tramp guya, prezident seçkilərinin gedişində Rusiyanın kiberhucumlarla əlaqəli olması səbəbilə, bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi çağırışlarına cavab olaraq bəyan edib ki, gərək amerikalılar «öz həyatları ilə məşğul olsunlar». Xəbəri «Röyter» agentliyi yayıb.

«Hesab edirəm ki, biz öz həyatımızla məşğul olmalıyıq. Bu fikirdəyəm ki, kompüter bizim həyatımızı çox mürəkkəbləşdirib. Kompüter əsri özü bizi bura gətirib - o yerə ki, heç kim nələrin baş verdiyini əməlli-başlı anlaya bilmir» - deyə, Tramp özünün Floridadakı villasında sanksiyalar barədə sualı cavablandırarkən bəyan edib.

Prezident bildirib ki, respublikaçı senator Lindsi Qremin şərhləri barədə məlumatsızdır. Guya Qrem deyib ki, kiberhücumlar və ABŞ-dakı prezident seçkilərinə təsir göstərmək səbəbilə, Rusiyaya qarşı sanksiyalar gözləniləndir.

«Bizim sürətimiz var, bir çox şeylərimiz var, amma mən əmin deyiləm ki, lazımi səviyyədə təhlükəsizliyimiz var. Mən bu məsələ barədə senatorlarla danışmamışam, ancaq bir müddətdən sonra mən bunu tam dəqiqliklə edəcəm» - deyə, Tramp əlavə edib.

Çərşənbə günü «CNN» telekanalı prezident administrasiyasının məmurlarına istinadla belə bir xəbər yayıb ki, Moskvanın xaker hücumları ilə əlaqəli olması səbəbilə, Prezident Barak Obama cümə axşamı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini elan edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol