Menu

Türkiyədə silah fabrikinin müdiri həbs olundu - FOTO

29.12.2016, 16:34
Türkiyədə silah fabrikinin müdiri həbs olundu - FOTO

Türkiyənin milli piyada silahı “MPT 76”nın qrafik təsviri və istehsal planını satmaqda təqsirləndirilən Mustafa Tanırverdi 12 il 8 ay azadlıqdan məhrum edilib. “Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, M.Tanrıverdi "səlahiyyətlərindən sui-istifadə", "dövlətə xəyanət" və "rüşvət almaq və vermək" maddələri ilə mühakimə olunub.

Qeyd edək ki, Türkiyənin "MAKİNA" və Kimya Sənayesi Qurumu Silah Fabrikinin müdiri Mustafa Tanrıverdi ABŞ-da silah fabriki olan türkiyəli iş adamı K.K.-ya "MP-5" və "MPT-76" (Milli Piyada Tüfəngi) markalı silahların qrafik təsviri və istehsal planlarını satarkən tutulub.

Xatırladaq ki, Mustafa Tanrıverdi günahını etiraf edib: "1987-ci ildən bəri bu qurumda müxtəlif vəzifələrdə işləmişəm. "MPT-76" adlı piyada tüfənginin istehsalının başlanğıcından indiyədək bütün mərhələlərində fəal çalışmışam”.

O, tüfəngin NATO standartlarına cavab verdiyini də vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol