"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda aktiv mərhələyə girib". “Axar.az” xəbər verir ki, bunu erməni politoloq Manvel Sarkisyan bildirib.Onun sözlərinə görə, bu, geopolitik əhəmiyyət daşıyır: “Krım problemi Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyini artırır”.
ABŞ tərəfi xüsusilə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin şəxsən bunu təsdiq etdiyini bildirən Sarkisyan bunları deyib: "Bunun nə məna ifadə etməsi öz işləridir, ancaq son aylarda amerikalıların aktivliyi olduqca aşkar görünür. Amerika tərəfi həqiqətən Dağlıq Qarabağ məsələsinin həllində üç ekvivalent ola biləcək alternativ təqdim etmiş vəziyyətdədir (müzakirələr, davamlı və qəbul edilə bilməz status-kvo və ya döyüş). Bir az fərqli təkliflər söyləyə bilərdilər. Məsələn qarşılıqlı güzəştə və ya müharibə, görünür daha geniş imkanların seçilməsinə üstünlük verilir".
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin, Dağlıq Qarabağ probleminin həllinə istiqamətini açıqlamasını tənqid edənlərə ABŞ-ın İrəvan səfirliyi Tvitterdə bunları yazmışdı: “Üç çıxış yolu var: Müzakirələr vasitəsilə həll, davamlı və qəbuledilə bilməz status-kvo və ya müharibə... Dağlıq Qarabağ üçün sülhü seçin”.


Şərhlər