Menu

Türkiyədə 70 polisin həbs edilməsi ilə bağlı əməliyyat başlayıb

29.12.2016, 20:02

polis_turk_171213FETÖ-ya qarşı əməliyyat ölkənin 5 əyalətində keçirilir

Türkiyənin 5 əyalətində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 70 polis əməkdaşı barəsində həbs qətiimkan tədbiri seçilməsi haqqında sanksiya verilib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ ilə bağlı keçirilən istintaqa cəlb ediliblər. Onların arasında polis sıralarından çıxarılanlar da var.

Ankara polisi və təhlükəsizlik orqanı onların həbs olunması istiqamətində 5 əyalətdə əməliyyata başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol