Menu

«Əgər sanksiyaları genişləndirsəz…» - Kremldən ABŞ-a ultimatum

29.12.2016, 21:09

Blick auf den Kreml in Moskau, den Sitz des russischen Präsidenten und das Markenzeichen der Stadt, Russland«Rus hakerlərin müdaxiləsinə görə ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirsə, cavabını alacaq».

Bu fikir Rusiya Xarici İşlər Nazirliyinin bəyanatındandır.

“Ola bilsin, Obama administrasiyası ikitərəfli münasibətlərin gələcəyinə bu dərəcədə laqeyd yanaşır. Amma tarix onun «məndən sonra lap dünya dağılsın prinsipi ilə davranmasını çətin ki bağışlaya".

Rusiya XİN həmçinin rus hakerlərin ABŞ-dakı son seçkilərə müdaxiləsini dezinformasiya adlandırıb.

“Açığı, biz artıq rus hakerlərlə bağlı ABŞ-ın yüksək dairələrindən gəlməkdə davam edən yalanlardan yorulmuşuq», deyə Rusiya XİN-dən bildiriblər.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol