Menu

Bakıda FHN əməkdaşları yanan vaqondan 1 nəfəri xilas ediblər

29.12.2016, 22:13

fhn_car_141016Bakıda yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Qaradağ rayonunda Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus ümumi sahəsi 54 m2 olan xidməti vaqonunda baş verib. Nəticədə vaqonun tavanı, divarının taxta və şüşə pambıqdan ibarət üzlüyü 12 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol