Menu

Rusiyanın Dəməşqdəki səfirliyi yenidən atəşə məruz qalıb!

29.12.2016, 22:23
Rusiyanın Dəməşqdəki səfirliyi yenidən atəşə məruz qalıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Dəməşqdəki səfirliyi yenidən atəşə tutulub. Cümə axşamı, günün ikinci yarısında Dəməşq ətrafında yaraqlıların nəzarəti altında olan rayondan atılmış mina səfirliyin ərazisinə - konsulluq şöbəsinin girişi yaxınlığına düşüb.

«Onun partlaması əhəmiyyətsiz maddi ziyan vurub. Zərərçəkən yoxdur»-deyə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində söhbət açılır. Şərh nazirliyin saytında yerləşdirilib.

«Rusiya diplomatik missiyasına növbəti hücum yolverilməzdir və qətiyyətli tənqə layiqdir. Ekstremistlərin Suriya ərazisində döyüş əməliyyatlarının dayandırılması barədə əldə olunmuş razılaşmanı pozmaq cəhdlərinin qarşısı alınmalıdır»-deyə, Zaxarova qeyd edir.

Bu, son iki gün ərzində Rusiyanın Dəməşqdəki səfirliyinə edilmiş ikinci hücumdur. Ötən çərşənbə günü atılmış minalardan biri səfirliyin daxili həyətinə, ikincisi isə ərazisin yaxınlığına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol