Menu

Yeni baş nazir AMİP lideri olacaq? - Etibar Məmmədovdan açıqlama

30.12.2016, 12:13

“Bir vətəndaş kimi mövqeyimi bildirmişəm və bundan sonra da bildiərcəm”

etibar

“Mənim hər hansı siyasi iddiam yoxdur. Heç kim narahat olmasın”, - AMİP lideri Etibar Məmmədov bəzi media orqanlarında “Etibar Məmmədov siyasətə qayıdır”, “Etibar Məmmədov baş nazir olacaq” kimi yazıları Turan-a şərh edərkən bildirib.

Qeyd edək ki, bu məlumatlar ötən həftə E.Məmmədov Azərbaycan hökumətini kəskin tənqid etdikdən sonra yayılıb.

“Bir vətəndaş kimi mövqeyimi bildirmişəm və bundan sonra da bildiərcəm”, - o qeyd edib.

Xatırladaq ki, Etibar Məmmədov uzun illər aparıcı müxalifət partiyalarından birinin lideri olub və dövlətdə yüksək postlara iddia edib, prezident seçkilərində iştirak edib. Bir neçə il öncə siyasi fəaliyyətdən uzaqlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol