Menu

Bazar alverçiləri üçün cərimə gəlir

30.12.2016, 14:34
Bazar alverçiləri üçün cərimə gəlir

Azərbaycanda korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa məhsullar satanlar cəzalandırılacaq.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol