Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov vəzifəsindən azad olunub.
"Report"un əldə etdiyi məlumata görə, L.Hüseynov başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən çıxarılıb.
Həmin şöbəyə Mirhəşim Seyid müdir təyin olunub. O, əvvəllər Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini işləyib.
İndiyə qədər parlamentin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri olan Fuad Məmmədov şöbə müdirinin müavini təyin edilib.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dekabrın 30-da yeni şöbə müdirini və müavinini kollektivə təqdim edib.

Azərbaycanı 2003-ci ildən Avropa Məhkəməsində Xanlar Hacıyev təmsil edir.


Şərhlər