Menu

“Bank of Baku”nun sədri vəzifəsindən getdi

30.12.2016, 17:45
“Bank of Baku”nun sədri vəzifəsindən getdi

“Bank of Baku” ASC-nin idarə heyətinin sədri Abbas İbrahimov öz vəzifəsini tərk edib. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Məlumata görə, onu müvəqqəti olaraq idarə heyəti sədrinin müavini Eldar Həmidov əvəz edəcək.

Ölkənin bank bazarındakı mənbədən əldə olunan məlumata görə, A.İbrahimov Azərbaycan Beynəlxaql Bankında rəhbər vəzifəyə təyin olunacaq. Lakin bu barədə rəsmi məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol