Menu

“Topaz” məntəqəsindən 4000 manat oğurlanıb

30.12.2016, 20:08
“Topaz” məntəqəsindən 4000 manat oğurlanıb

Hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Qax rayon sakini Səlim Quliyevə məxsus “Topaz” məntəqəsindən oğurluq edilib. Polisə məlumat verən zərərçəkən naməlum şəxs və ya şəxslər tərəfindən obyektin dəmir qapısının qırılaraq oradan 2500 manat pul və 1500 manatlıq uduşlu kuponların oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol