AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp cavab tədbiri kimi, ABŞ diplomatlarının ölkədən çıxarılması təklifini rədd etmiş Prezident Putinin bu qərarını «əla gediş» adlandırıb.
«Əla qərardır. Mən həmişə onu müdrik adam bilmişəm» - deyə, Tramp «Tvitter»də yazıb.
Trampın bu şərhi Vladimir Putinin bu bəyanatına aiddir ki, Rusiya tərəfi Barak Obama administrasiyasının 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılması barədəki qərarından sonra, «mətbəx diplomatiyası səviyyəsinə, məsuliyyətsiz diplomatiya» səviyyəsinə enməyəcək. Onlar «persona non qrata» elan edilib və ABŞ ərazisini tərk etməlidirlər.
ABŞ Dövlət Departamentində bəyan ediblər ki, Rusiya Prezidentinin bəyanatını görüblər. «Biz, heç nə əlavə edə bilmərik»-deyə, ABŞ diplomatiya idarəsinin nümayəndəsi bəyan edib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun bu reaksiyasını şərh edib. «Bax, belə! Lap əvvəldən özünü aparmağı bacarmaq lazım idi. Yoxsa ki, bu qədər vaxt itirdilər»-deyə, Zaxarova özünün «Feysbuk» səhifəsində yazıb.


Şərhlər