Menu

Pan Gi Mun BMT-nin binasını tərk etdi

31.12.2016, 17:19

pan ge munBMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərinin bitməsinə 1 gün qalmış təşkilatın Nyu-Yorkdakı qərargahını tərk etdi.

TASS xəbər verir ki, təşkilatın sayca 8-ci inzibati rəhbəri 2007-ci ildən çiyin-çiyinə işlədiyi əməkdaşları ilə vidalaşdı.

"Son 10 il ərzində mən minlərlə nitq söyləmişəm. Amma mən hələ də çox şey söyləmək istəyirəm. İndi mənim ağlımda yalnız iki söz var: Sağ olun. Mən sizi həmkar adlandırıb qürur hiss etdiyim kimi, sizdə qürur hiss etməlisiniz", - baş katib deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol