Menu

"Apple" gələn il "iPhone" istehsalını azaldacaq

31.12.2016, 20:21

appleŞirkət iPhoneları Hindistanda da istehsal etməyə hazırlaşır

ABŞ-ın “Apple” şirkəti 2017-ci ilin birinci rübündə “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının istehsalını 10% azaldacaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Nikkei” yazıb.

“Nikkei”in məlumatına görə, bu hesablamalar şirkətin son model smartfonlarının istehsalı və qlobal satışı haqqında hesabatlarına əsaslanır.

Eyni zamanda, məlumatlı mənbələr qeyd ediblər ki, istehsalın azalması tamamilə gözləniləndir.

Xəbər verildiyi kimi, “Apple” şirkəti “iPhone” smartfonlarının Hindistanda da istehsal etməyə hazırlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol