Menu

Gürcüstanda dəhşətli qəza baş verib, 5 gənc ölüb

01.01.2017, 13:44
Gürcüstanda dəhşətli qəza baş verib, 5 gənc ölüb

Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, BMW markalı avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.

Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol