Menu

Bordyuja KTMT baş katibi postundan getdi

01.01.2017, 18:08

bordyuja_2Bu gündən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini baş katibin müavini Valeriy Semernikov icra edəcək.

APA-nın verdiyi məlumata görə, bu barədə bu gün KTMT məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb və bu vəzifəni V Semernikov icra edəcək.

Qeyd edək ki, N.Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nın 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N.Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilmişdi.

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nın üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol