Türkiyənin İstanbul şəhərində terror aktı törədən şəxsin fotosu yayılıb.
"AzPolitika.info" xəbər verir ki, İstanbulda terror aktı törədən terrorçunun İŞİD-in çox mərhəmətsiz olaraq bilinən "Əfqan-Çeçen-Şərqi Türküstanlı" qrupuna mənsub olduğu iddia edilib.
Verilən məlumatlara görə terroristin İŞİD-in "Türküstan Ordusu"na bağlı olduğu Ərəb olmadığı, Türküstan əlaqəsi üzərində dayanıldığı ifadə edilib.
Xatırladaq ki, İstanbulda “Reina” gecə klubuna silahlı hücum nəticəsində 40 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.






Şərhlər