Menu

“Xarici valyutaların məzənnəsi artmayacaq” - İran prezidenti

02.01.2017, 11:42

hesen-ruhani“Ölkədəki iqtisadi durumla bağlı nikbinəm. Xalqımı əmin etmək istəyirəm ki, xarici valyutalar artmayacaq”.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani dövlət televiziyasının canlı efirində bəyan edib.

O bildirib ki, İran hökuməti maliyyə bazarında sabitliyin qorunması istiqamətində lazımı addımlar atacaq.

Qeyd edək ki, ötən həftə İranın milli valyutası dollara nisbətdə xeyli ucuzlaşaraq, tarixi minimumu yeniləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol