ABŞ-da baş vermiş atışmada 7 nəfər yaralanıb."Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, hadisə Florida ştatının Mayami şəhərində baş verib. Belə ki, naməlum şəxsin küçədəki insanlara atəş açdığı bildirilir.
Hüquq-mühafizə orqanlarının yaydığı xəbərdə bildirilir ki, zərərçəkənlərdən 3-ü yeniyetmələrdir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Onlardan birinin vəziyyəti ağırdır. Polis cinayətkarın axtarışına başlayıb.


Şərhlər